Land Rover şirkətinin klassik avtomobillərin inşası üzrə ixtisaslaşan Land Rover Classic bölümü Defender ofrouderinin unikal nüsxəsini hazırlayacağı barədə bəyanat verib. Avtomobil yeganə nüsxədə inşa ediləcək və səkkiz silindrli mühərrik ilə təchiz olunacaqdır. Onun yığılması prosesi isə Londondakı Selfridges univermaqında alıcıların gözü önündə aparılacaqdır.

Avtomobilin əsasını 2016-cı ilin Defender 110 pikapı təşkil edir. Land Rover Classic mütəxəssisləri avtomobili yumşaq tavanla təchiz edərək onun kuzovunu tünd-yaşıl, kapotunu isə sarı rəngə boyayıbdırlar. Bu rənglər Selfridges mağazasının rəsmi rəngləridir. Bu ana mühərrik quraşdırılmış şassi hazırdır və onu qaldırıcı kran vasitəsi ilə qaldıraraq mağazanın birinci mərtəbəsindəki pəncərədən içəri salıblar.

Ofrouder Selfridges mağazasının yeni kişi geyimləri bölməsində qoyulacaqdır. Bu bölmə 29 oktyabr tarixində açılmalıdır. Yaxın bir neçə gün ərzində Land Rover Classic mütəxəssisləri avtomobili tam yığaraq, təmir bitənə qədər xüsusi müdafiə boksuna yerləşdirəcəkdirlər.

Eksklyuziv Defender modelin 70 illik yubileyi şərəfinə hazırlanmış Defender Works V8 ofrouderi ilə eyni mühərrikə sahib olacaqdır. Xatırladaq ki, həmin ofrouder 405 at qüvvəsi və 515 Nm fırlanma anı hasil edən 5,0-litrlik səkkiz silindrli atmosfer mühərriki və ZF frmasının pilləli avtomatik ötürmələr qutusunu əldə edib. Yerindən 60 mil/saat (96 km/saat) hərrində qısabazalı ofroder 5,6 saniyəyəı sürətlənir. Onun maksimal sürəti isə 170 km/saatdır.

Cəmi 150 ədəd Land Rover Defender Works V8 modeli istehsal edilibdir.

Image alt Image alt Image alt Image alt