Lexus şirkətinin model xəttində yenilənməyən yeganə model IS sedanıdır. Sonuncu dəfə 2016-cı ildə yenilənmiş sedanın yeni nəslinin üzərində çalışmalar aktiv mərhələyə daxil olubdur. Bəs yeni Lexus IS sedanının dizaynı necə olacaqdır?

Bu suala cavab vermək üçün yapon jurnallarının birində dərc edilmiş renderlərə baxmaq kifayətdir. Almuraba saytının bildirdiyinə görə, bu yaxınlarda yapon rəssamlarından biri yeni nəsil Lexus IS modelinin orijinal eskizlərini görüb və onlara əsaslanaraq bu renderləri hazırlayıbdır. Yapon avtomobil jurnalında dərc edilmiş renderlərdən də göründüyü kimi Lexus IS tamamilə yeniləmiş eksteryerə sahib olacaqdır.

Gəlin ön hissədən başlayaq. Radiator barmaqlığının forması qorunub-saxlansa da, onun ölçülərinin  hiss ediləcək dərəcədə genişlənmişdir. Üstəlik, barmaqlığın dizaynında da dəyişiklik edilib - onun forması LS bayraqdar sedanındakı müvafiq elementi xatırladır.

Arxa hissəyə nəzər saldıqda isə, yeni IS modelinin daha həyəcanverici görünüşə malik olduğu görmək olar. Arxa bamperin və işıq texnikasının formaları marka həvəskarlarını həyəcanlandırmaya bilməz. Biz sözlə renderlər maraqlı alınıb. Ümid etmək olar ki, yeni model də belə həyəcanverici olacaqdır.