Lexus şirkəti gələn həftənin ilk günü Detroytda keçiriləcək avtosalonda RC F kupesinin Track Edition versiyasını təqdim edəcəkdir. Lexus RC F Track Edition modeli LFA kupesindən sonra yapon markasının ən güclü və yeyin avtomobili olacaqdır. Trek kupesi məhdud saylı tirajla buraxılacaqdır.

Dərc edilmiş tizerlərdən göründüyü kimi, Lexus RC F Tranck Edition modeli karbondan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz ediləcəkdir. Belə ki, kupe kompozit materiallardan hazırlanmış arxa antiqanada, dama, havalandırma girişləri olan kapota, yan ətəklərə və diffuzora sahib olacaqdır. Kompozit materialların tətbiqi kupenin çəkisini azaltmağa imkan verəcəkdir.

Lexus RC F Track Edition modeli yeni buraxılış sisteminə, yaxşılaşdırılmış soyutma sisteminə sahib olacaqdır. Kupe Lexus LC 500 modelindən tanış olan 473 at qüvvəsi və 527 Nm fırlanma anı  hasil edən 5,0-litrlik V8 mühərriki və 10-pilləli “avtomat” ilə təchiz ediləcəkdir.