Lexus şirkəti «yeni səviyyəli» sirli modelin təqdimatına hazırlaşır. Avtomobilin kütləvi debütü 16 aprel tarixində işinə başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir. Çin KİV-ləri söhbətin Toyota Alphard miniverinin üzü dəyişdirilmiş versiyasından getdiyini bildiriblər.

Keçən il Lexus şirkətinin Filippindəki ofisinin prezidenti premium markasının model xəttində minivenin peyda olacağını bildirmişdi. Bundan başqa, Lexus şirkəti Çində LM350 və LM350h nişanlarını qeydə alıbdir ki, bu nişanlar da nə sedan, nə də ki krossoverlər üçün xarakterik deyil.

Yapon markasının dərc etdiyi yeganə təsvirdə, yeni avtomobilin indiki Lexus modelləri üçün ənənəvi olan dizayna malik olacağı görünür. Bunlara misal olaraq, milşəkilli radiator barmaqlığı və nazik ön fənərləri göstərmək olar. Çinli jurnalistlər avtomobilin gündüz hərəkət işıqlarının (GHİ) qarmaq şəklində olan qədim çin silahına bənzədiyini bildiriblər.

Lexus minivenin mühərrik çeşidi Alphard modelinə bənzər olacaqdır. Toyota Alphard 301 at qüvvəsi hasil edən 3,5-litrlik V6 mühərriki və 197 at qüvvəli 2,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid qurğu ilə təchiz edilir.