Lexus şirkəti yenilənmiş LS flaqman sedanını təqdim edib. İndiyə qədər iki versiyada təqdim olunan beşinci nəsil Lexus LS modeli daha ağıllı və komfortlu olub. Ancaq bunu kənardan görə bilməzsiniz.

Yeni nəsil Mercedes-Benz S-Class modeli ilə rəqabət aparmalı olacaq sedan planlaşdırılan yenilənmədən keçib. Ancaq yeniləmə heç də simvolik xarakter daşımır, baxmayaraq ki, zahirən sedan elə də ciddi dəyişməyib.

Yenilənmiş Lexus LS modeli üçün Gin-ei Luster (bir də bunun nə demək olduğunu bilsək) adlı yeni kuzov rəngini və F Sport versiyası üçün nəzərdə tutulmuş 20-düymlük təkər diskləri də daxil olmaqla, yeni təkər diskləri dəstini hazırlayıblar. Ön işıqların daxili tərtibatı (bu, adaptiv BladeScan sisteminin təklif edilməsi ilə əlaqədardır) və arxa fənərlərin naxışı bir qədər dəyişdirilib. Nəhayət, ön bamperin tərtibatı bir qədər dəyişdirilmiş, iri radiator barmaqlığında özünün yuyucusu olan böyük radar modulu quraşdırılmışdır.

İnteryerdə də ciddi dəyişikliklər baş verməyib. Lexus LS modeli multimedia sisteminin yeni 12,3-düymlük sensorlu ekranını və böyüdülmüş displeyi olan "rəqəmsal arxa görüntü güzgüsünü", modifikasiya edilmiş mərkəzi tuneli, habelə yapon sənətkarlarının ənənələri ruhunda olan tərtibat variantlarını əldə edib.

Lakin, sedanda baş vermiş əsas dəyişikliklər onun rahatlığını artırmağa yönəldilib. Bu məqsədlə, Lexus mühəndisləri asqının tənzimləmələrini optimallaşdırıblar (təkmilləşdirilmiş stabilizatorlar və mühərrik dayaqları daxil olmaqla) - bu salona ötürülən vibrasiyanın miqdarını azaltmalıdır. Hətta, kresloların doldurulması və dəri ilə üzlənməsi texnologiyası da yenidən işlənibdır: istehsalçı kresloların daha yumşaq olduğunu iddia edir.

Texniki hissədəki yeniliklər LS 500h modelində quraşdırılan elektromotorun iş alqoritminin dəyişdirilməsindən (indi elektromotor sürətlənmədə daha fəal iştirak edir) və LS 500 modelinin avtomatik transmissiyasının proqram təminatının yenilənməsindən ibarətdir. İndi qutu pillələri daha sürətlə dəyişir və zəruri hallarda pilləni daha uzun müddət saxlayır. Mühərrik çeşidində baş vermiş dəyişikliklər barədə məlumat verilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, yenilənmiş sedanda debüt edən ən vacib yeniliyin Lexus Teammate sisteminin olduğu bildirilir. Bu, sürücü yardımçıları kompleksidir və "sürücünün komandasında oyunçu" olmaqla yanaşı, həm də yarı-avtonom idarəetməni (hətta avtomatik parklanma zamanı) daha rahat və təhlükəsiz etməlidir. Yeri gəlmişkən, proqramı yeniləməyi və öz imkanlarını genişləndirməyi Lexus Teammate "hava üzərindən" həyata keçirəcəkdir.

Yenilənmiş sedanın Yaponiya bazarındakı satışlarına ilin sonuna yaxın başlanmalıdır. 2021-ci ildə yenilənmiş Lexus LS digər ölkələrdə də satışa çıxarılacaqdır.