Yaponiyanın Lexus şirkəti və Amerikanın məşhur musiqi alətləri istehsalçısı Fender firması Fender Lexus LC Stratocaster adlı gitaranı təqdim ediblər. Bu musiqi aləti Fender Custom Shop atelyesinin rəhbəri Ron Torn tərəfindən hazırlanıb. Gitaranın yaradılması zamanı, ilham mənbəyi olaraq Lexus LC modeli çıxış edib. Gitaranın əsas xüsusiyyəti, Lexus markasının yaradılmasına 15 il sərf etdiyi Structural Blue rənginə boyanmasıdır.

Stratocaster modelinin gövdəsinin rəngləndiyi Structural Blue boyasının yaradılması üzərində ABŞ və Yaponiyadakı Lexus texniki mərkəzləri, habelə VIAVI Solutions firması çalışıb. Boya 40 ayrı təbəqədən ibarət olan piqmentdənhazırlanır və işıqlandırmadan asılı olaraq rəng çalarını daim dəyişmək qabiliyyətinə malikdir.

Çaların dəyişməsinə xırda pulcuqlara bənzəyən nanoquruluş cavabdehdir. Gitaranın qrifi xromdan Fender loqotipi ilə bəzədilib, qrifin örtüyüisə, tünd mavi rəngli cilalanmış Richlite kompozitindən hazırlanır. Qrifin örtüyündəki mövqe işarələri Luminlay materialından hazırlanır və qaranlıqda parlaq mavi rəngdə bərq vurur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Gövdənin örtüyü cilalanmış karbon lifindən, tutacaqları isə Lexus modelində quraşdırılan Mark Levinson səs sistemində tətbiq olunan alüminiumdan hazırlanır. Fender Lexus LC Stratocaster modeli 100 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Bütün gitaralar, karbon lifli toxumalı vinil və qara dəri ilə işlənmiş, habelə və içərisində Lexus loqotipi olan xüsusi qutuda çatdırlacaqdırlar. Gitaranin qiyməti 6.000 dollardır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.