Gələn ay Quançjouda keçiriləcək avtosalonda Lexus şirkəti ilk elektrik krossoverini nümayiş etdirəcəkdir. Lexus UX krossoverinin bazasında inşa edilmiş elektrokrossover UX-EV adlandırılacaqdır. İlkin məlumata görə, elektrokar dolu batareya ilə 500 km qədər məsafə qət edəcəkdir.

Krossoverin texniki hissəsi barədə rəsmi məlumat verilməyib. Elektrokarın 400-500 km arasında yürüş ehtiyatına malik olacağı bildirilib. Ölçülərinə görə Lexus UX-EV modeli bazasında inşa edildiyi Lexus UX modelinə yaxın olacaqdır.