Lexus şirkəti Detroyt avtosalonunda “bərkgedən” RC F kupesini nümayiş etdirib. “Bərkgedən” kupe yenilənmiş dizayna və daha güclü mühərrikə sahib olub. Bundan başqa, Lexus RC F modelinin karbondan hazırlanmış kuzov elementlərinə sahib olan trek modifikasiyası da təqdim edilib.

Yenilənmiş kupeni təkmilləşdirilmiş radiator barmaqlığı, yeni fənərlər və daha geniş formalı işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqları sayəsində ayırd etmək olar. Kupenin trek modifikasiyası isə, karbondan hazırlanmış ön splitterə, arxa diffuzora, kapota, dama və arxa antiqanada, həmçinin karbon-saxsı əyləc mexanizmlərinə malik olan Brembo əyləc sisteminə sahib olub.

Hər iki modifikasiya 5,0-litrlik V8 mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə hərəkətə gəlir. Güc aqreqatı 473 at qüvvəsi və 527 Nm fırlanma anı hasil edir. Avropa bazarı üçün nəzərdə tutulan modellərdə bu göstərici 477 at qüvvəsi və 530 Nm təşkil edəcəkdir. Avtomatik ötürmələr qutusu da təkmilləşdirilib.

Bundan başqa, “bərkgedən” kupe lonç-kontrolun mərkəzi konsoldakı düymə vasitəsi ilə aktivləşən xüsusi rejiminə sahib olub. LC F modeli 60 mil/saat (96 km/saat) həddinə 4,2 saniyəyə sürətlənir. Kupenin trek variantı isə bu işə 3,96 saniyə sərf edir. Lexus RC F modelinin maksimal sürəti 270 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş “bərkgedən” kupe sələfindən daha yüngül olub. Adi RC F modeli daha yığcam ölçülü kondisionerə, içiboş yarımoxlara, yeni giriş kollektoruna və alüminiumdan hazırlanmış asqı elementlərinə sahib olub. Trek modifikasiyası isə, karbon kuzov panellərindən başqa, titandan hazırlanmış buraxılış sistemini və yüngül çəkili 19-düymlük BBS disklərini əldə edib. Lexus RC F Track Edition əvvəlki RC F modelindən 80 kiloqram yüngüldür.

Yenilənmiş Lexus RC F modelinin satışlarına yay aylarında başlanacaqdır.