Britaniyanın retrosportkarların inşası ilə ixtisaslaşmış Lister şirkəti “dünyanın ən sürətli krossoverinin” zahiri görkəmi üzərindəki pərdəni götürüb. Lister LFP adını almış krossover 250 nüsxədən ibarət tirajla buraxılacaqdır. Artıq, Jaguar F-Pace SVR modelinin bazasına inşa edilən ekstremal krossoverə sifarişlər qəbul edilir.

Lister LFP modelinin bəyan edilmiş maksimal sürəti 322 km/saatdır.  Bu avtomobilin əsasını təşkil edən F-Pace SVR və hətta Lamborghini Urus modelində olduğundan yeyindir. Xatırladaq ki, birinci krossoverin maksimal sürəti 283 km/saat, ikincininki isə 305 km/saatdır. Lister LFP modelinin güc aqreqatının hasilatı 680 at qüvvəsidir.

Böyük ehtimalla, krossover F-Pace SVR modelinin 5,0-litrlik kompressorlu V8 mühərrikinin təkmilləşdirilmiş variantı ilə təchiz ediləcəkdir. Mühərrikin standart variantı 550 at qüvvəsi və 680 Nm fırlanma anına malikdir. “Bərkgedən” krossover 100 km/saat həddinə 4,3 saniyəyə sürətlənir.

Xatırladaq ki, yanvar ayında Lister 25 illik fasilədən sonra ilk modelini nümayiş etdirib. Bu, "bərkgedən" Jaguar F-Type SVR modelinin əsasında hazırlanmış Lister LFT-666 kupesidir. Kupe karbonplastikdən kuzov panelləri və 675 at qüvvəli 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt