Tüninq atelyeleri arasında yeni nəsil Mercedes-AMG G63 modeli üçün təkmilləşdirmələr dəsti təklif etməyənə yaxşı baxmırlar. Bu səbəbdən də, Lorinser atelyesi ofrouderin yeni nəsil üçün öz tüninq proqramını hazırlayıb.

Lorinser atelyesinin mütəxəssisləri Mercedes-AMG G63 üçün üçseqmentli ön bamper, havalandırma girişləri olan ön kapot, ehtiyat təkərinin qapağı və spoylerdən ibarət olan kuzov dəstini hazırlayıb. Bu dəst 4820 avroya satılır. Bundan başqa, ofrouderi 7700 avroya satılan 23-düymlük RS10 diskləri ilə də təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt

Eksteryer yenilikləri ilə yanaşı, 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkizsilindrli biturbomühərrikin gücünü 700 at qüvvəsinə, fırlanma anını isə 1000 Nm-ə artırmağı təklif edirlər. Bu yenilik nəticəsində ofrouder 100 km/saat həddinə 4,3 saniyəyə (- 0,2 saniyə) sürətlənir. Bundan başqa,  4200 avroya G63 modelini aktiv çəpərcikləri olan yeni buraxılış sistemini, 790 avroya isə klirensi azaldılmış asqı ilə təchiz etmək olar.