Lotus şirkəti 3-Eleven 430 spidsterinin məhdud seriyasını təqdim edib. Kompressorlu altı silindrli mühərrikə sahib olmuş avtomobil, ingilis markasının ümumi yollar üçün nəzərdə tutulmuş ən yeyin modeli olub.

Şirkət cəmi 20 belə avtomobil buraxmaq niyyətindədir. Sporkarın əsasını alüminiumdan hazırlanmış yüngüı şassi təşkil edir. Lotus 3-Eleven 430 436 at qüvvəsi və 440 Nm fırlanma anı hazil edən 3,5-litrlik mexaniki kompressorlu V6 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. 920 kiloqram çəkiyə malik olan sportkar yerindən 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 290 km/saatdır. Heteldəki treki avtomobil sələfindən iki saniyə Exige Cup 430 modelindən 0,8 saniyə yeyin qət edib.

Avtomobil yenidən baxılmış aerodinamik komponentləri 265 kiloqram yerəbasma gücü hasil edir. Bu əvvəlki 3-Eleven modelində olduğundan 44 kiloqram çoxdur.

Modelin təchizatına özüqapanan Torsen differensialı, tənzimlənən Öhlins  amortizatorları, tənzimlənən ön və arxa stabilizatorlar, altı rejimi olan ESP sistemi və dörd porşenli əyləc mexanizmləri daxildir. Lotus 3-Eleven 430 modelinin qiyməti 102 min funt-sterliq təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt