Lotus markasının Williams Advanced Engineering mühəndislik firması ilə birlikdə hazırladıqları elektrik hiperkarını gələn ay nümayiş etdirə bilərlər. Omega kod adı ilə tanınan tamçəkişli hiperkar “radikal və yüngül” olacaqdır.

İnsayderlərin verdiyi məlumata əsasən, Lotus Omega hiperkarının güc qurğusu üzərində Williams Advanced Engineering məşğul olur. Hiperkar, ümumi gücü 2000 at qüvvəsi olacaq bir neçə elektromotor ilə təchiz ediləcəkdir. Lotus Omega modelinin rəqibləri arasında Rimac C_Two və Pininfarina Battista hiperkarları vardır. Rimac hiperkarı 1914, Battista isə, 1900 at qüvvəsinə malikdirlər.

Hiperkarın elektromotorları enerjinin yüksək saxlanma sıxlığına malik olan aparıcı batareyadan qidalanacaqdırlar. Dolu batareya ilə hiperkar 400 kilometr qət edəcəkdir.