Geely şirkətinə məxsus olan Lynk&Co markasından olan avtomobillərinin istehsalı Volvo şirkətinin Belçıkanın Gent şəhərindəki müəssisəsində təşkil ediləcəkdir. Buraxılacaq modellər Avropa bazarı üçün nəzərdə tutulub. Onların istehsalına 2019-cu ilin sonunda başlanacaqdır.

Volvo nümayəndələrinin sözlərinə görə, birgə istehsal şirkətlərə xərcləri azaltmağa imkan verəcəkdir. Bunun səbəbi hər iki istehsalçının Compact Modular Architecture (CMA) platformasından istifadə etməsidir. Məsələn, bu müəssisədə CMA platformasında inşa edilən Volvo XC40 avtomobilinin istehsalı təşkil edilibdir. Yeni xətlərin buraxılışı məşğulluğa və buraxılış həcminə müsbət təsir göstərməlidir. Gentdəki istehsal meydançasında Volvo XC40 modeli ilə yanaşı, artıq Volvo  S60 sedanının, V40 və V40 Cross Country hetçbeklərinin istehsalı da təşkil edilibdir. Yaxın zamanlarda burada yeni nəsil Volvo V60 universalının da buraxılışına başlanmalıdır.

Volvo Lynk&Co markasının səhmdarlarından biridir. İsveç istehsalçısı çin şirkətinin 30 faizlik səhm paketinə sahibdir. Qalan səhmlərin sahibi Geely Auto (50%) və Zhejiang Geely Holding (20%) şirkətləridir. Lynk&Co markası 01 modeli ilə yanaşı 02 krossoverini, 03 sedanını və 04 hetçbekini istehsal etməyi planlaşdırır.