Audi, BMW və Mercedes-Benz avtomobillərinin tüninqi ilə məşğul olan Manhart atelyesi fəaliyyət dairəsini genişləndirərək Porsche 911 Turbo modelini təkmilləşdirib.

Xatırladaq ki, sportkarın 3,8-litrlik altı silindrli mühərriki 540 at qüvvəsi və 710 Nm fırlanma anı hasil edir. 911 Turbo 100 km/saat həddinə üç saniyəyə sürətlənir. Manhart mütəxəssisləri güc aqreqatının proqram təminatını yeniləyərək paslanmayan poladdan hazırlanmış xüsusi buraxılış sistemini quraşdırıblar. Nəticədə mühərrikin gücü 680 at qüvvəsinə, fırlanma anı isə 870 Nm-ə qədər artırılıb. Bu, sonuncu nəsil Porsche 911 GT2 RS superkarında olduğundan 20 at qüvvəsi azdır. Bununla belə, təkmilləşdirilmiş mühərrikin fırlanma anı superkarda olduğundan 120 Nm artıqdır.

Image alt Image alt Image alt Image alt

Manhart nümayəndəlkəri tüninq keçmiş Porsche 911 Turbo modelinin dinamik xarakteristikalarını tam açıqlamayıb.Yeganə məlum olan kupenin 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənməsidir. Xatırladaq ki, adi Porsche 911 Turbo sportkarı 320 km/saat maksimal sürət həddinə malikdir və ilk “yüzlüyə” üç saniyəyə sürətlənir.

Zahiri cəhərtdən sportkupe Manhart atelyesinə məxsus olan dizayna malik olub: buraya qara rəngli kuzov vəqızılı rəngli zolaqlar daxildir. Bundan başqa, kupe yeni spoylerə, 21-düymlük təkər disklərinə və 30 millimetr azaldılmış klirensə sahib olub.