Maserati şirkəti, rəsmi olaraq, bütün yeni modellərinin tamamilə elektrik versiyalarına sahib olacağını elan edib. Bu gün isə, Autoblog nəşri bu planın detallarını açıqlayıb.

Şirkət özünün elektromobillərini ayrıca ad altında birləşdirməyi planlaşdırır. Folgore (İtalyan dilindən tərcümədə “İldırım”) xəttindən olan bütün elektromobillər üçün üç mühərriki olan güc qurğusu hazırlanıb: mühərriklərin biri ön təkərləri, digəri ikisi isə arxa təkərləri hərəkətə gətirəcəkdir. Ən maraqlısı odur ki, dördsilindrli mühərrik ölçüsündə bir blokda yerləşdirilən iki elektrik mühərriki, mexaniki şəkildə birləşdirilmirlər - bu, dartma vektorunu idarə etməyə imkan verəcəkdir.

Üçmühərrikli elektromobillər hələlik az şəkildə təklif edilirlər: həqiqətən də seriya elektromobillərdən yada düşən yeganə üçmühərrikli model Audi e-tron S krossoveridir. Eyni zamanda, Tesla Cybertruck və GMC Hummer EV də daxil olmaqla, bir sıra modellərin bənzər sxemə malik olacağı elan edilib. Bir qayda olaraq, söhbət top versiyalardan gedir, amma prinsipcə ucuz Maserati modellərinin olmadığını nəzərə alsaq, italyan markasının elektromobilləri üçün üçmühərrikli güc qurğusu standart olacaqdır.

Maraqlıdır ki, Maserati Folgore elektrik sistemi 800 voltluq cərəyanla işləyəcəkdir - bu, Tesla modelləri da daxil olmaqla, ən müasir elektromobillərdə olduğundan iki dəfə çoxdur - yeganə istisna Porsche Taycan elektrokarıdır. Belə texnologiya, eyni zamanda, sistemin səmərəliliyini artırır və elektrik yüklənməsi müddətini qısaldır: Maserati, avtomobillərinin 300 kilovatlıq terminallardan “yanacaq doldura biləcəyini” vəd edir.

İtalyan markadının ilk elektromobili 2021-ci ildə debüt etməyi planlaşdırılan yeni nəsil GranTurismo sedanı olmalıdır. Bununla belə, elektromobil barədə hələlik heç bir məlumat verilməyib. Ancaq daxili yanma mühərriki olmayan MC20 haqqında bəzi məlumatlar mövcuddur: elektrik superkarı 2022-ci ildə, benzin mühərrikli rodsterdən sonra işıq üzü görəcəkdir.

Superkarın karbon şassisi ümumi olacağından, elektrokar ön baqaj bölməsindən məhrum olacaqdır - burada mühərriki yerləşdiriləcəkdir. Arxa mühərrik bloku isə təkərlər arasında yerləşdiriləcəkdir. Batareya, çəkinin oxlar arasında optimal paylanmasına imkan verən yerdə quraşdırılacaqdır.

Maserati MC20 elektrokarının çəksinin benzin mühərrikli analoquna nisbətən nə qədər artacağı bildirilmir, ancaq söhbətin bir neçə sentnerdən getdiyi aydındır. Digər tərəfdən, üç elektrik mühərriki superkarı 630 at qüvvəsi hasil edən 3,0-litrlik V6 Nettuno mühərrikindən daha çox güc ilə təmin edəcəyi aşkardır - lakin konkret rəqəmlər yenə də səsləndirilməyib.

Daha bir bonus “təmiz” dizayn olacaqdır, çünki elektrik ötürməsinə keçid lazımsız havalandırma dəliklərindən imtina etməyə imkan verəcəkdir.