Bu qeyri-dəqiq şəkilləri casuslar deyil, Maserati şirkəti özü yayımlayıb. Dərc edilmiş şəkillərdə, Aralıq dənizində əsən küləyin adı verilən və keçən ilin payızında ilk dəfə görüntülənən orta ölçülü Maserati Grecale krossoveri nümayiş olunur.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, krossoverin prototipləri artıq ümumi istifadə yollarında, yarış treklərində və yolsuzluqda sınaqdan keçirilir. Eyni zamanda, seriya avtomobilinin təqdimatının ilin sonuna qədər keçiriləcəyi də qeyd edilib, baxmayaraq ki, istehsalçı sentyabr ayında yeni modelin baharda debüt edəcəyini bildirmişdi. Qeyd etmək gərəkdir ki, belə gecikmələr və təxirə salınmalar bu yaxınlarda Stellantis ittifaqına daxil olmuş FCA konserni üçün norma halına gəlib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fransız PSA qrupu ilə birləşmə Maserati Grecale krossoverinin texniki cəhətdən heç bir təsirgöstərməyəcəkdir. İtalyan istehsalçısının model cərgəsində, Grecale krossoveri Levante modelindən bir pillə aşağıda qərarlaşacaqdır. Yeni krossover Alfa Romeo Giulia və Stelvio modellərinin əsasını təşkil edən Georgio platformasında inşa ediləcəkdir.

Avtomobilin kapotunun altında top versiyalardan tanış olan 2,9-litrlik V6 biturbo mühərriki yerləşəcəkdir. Maserati Grecale modelini, Alfa-Romeo modellərinin istehsal edildiyi Kassinodakı FCA zavodunda yığacaqdırlar. Bu zavodun modernizasiyasına 800 milyon avro sərmayə qoyulacaqdır.