Mazda şirkəti CX-3 krossoverlərini 1,5-litrlik atmosfer mühərriki ilə təchiz etməyə başlayıb. Yeni baza versiyası modelin daxili bazardakı başlanğıc qiymətini 25% azaltmağa imkan verib. Mühərrik çeşidini genişləndirməklə yanaşı, Mazda oturacaqları dəyişdirib, mediasistemi təkmilləşdirib və modelin rəng palitrasına yeni boz metallik rəngini əlavə edib.

Skyactiv-G ailəsindən olan 111 at qüvvəsi və 144 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin mühərriki ilk dəfədir ki krossoverlərdə quraşdırılır. Əvvəllər bu aqreqat ilə yalnız Mazda2 və Mazda3 hetçbekləri və MX-5 rodsteri təchiz olunurdular. İndi Yaponiyada satılan Mazda CX-3 modelinin mühərrik çeşidi 1,5 və 2,0 litrlik (150 qüvvəsi, 195 Nm) atmosfer benzin mühərriklərindən, həmçinin 116 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən 1,8-litrlik dizel aqreqatından ibarətdir.

Image alt Image alt Image alt

Mazda nümayəndələri 1.5-litrlik mühərrikin quraşdırılmasının ön ötürməli CX-3 krossoverinin qarışıq rejimdəki yanacaq sərfiyyyatını 5.9 litrə endirdiyini iddia edirlər. Tam ötürməli versiya iştahalıdır: bu model 100 kilometrə 6.36 litr yanacaq sərf edir. Bundan əlavə, yığcam mühərrikə keçid avtomobilin qiymətinə də müsbət təsir edib: CX-3 krossoverinin başlanğıc qiyməti 25 faiz və ya 600 min yen (9.450 manat) azalıb.

Yeni mühərriklə yanaşı, Mazda CX-3 modeli dəyişdirilmiş oturacaqlar, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən nultimedia sistemini, həmçinin yeni tünd-boz Polymetal Grey kuzov rəngini əldə edib. Bundan əlavə, Mazda şirkəti CX-3 100th Anniversary "yubiley" versiyasının yalnız 1,5-litrlik mühərrik ilə təchiz ediləcəyini açıqlayıb.

Image alt Image alt Image alt

Təkmilləşdirilmiş Mazda CX-3 modelinə sifarişlər aqtıq qəbul olunur. Yeni krossoverlərin çatdırılmalarına iyun ayının əvvəlində başlanacaqdır. 1,5 mühərrik və ön ötürmə ilə təchiz edilmiş baza versiyası CX-3 modeli 1.892 milyon yen (29.800 manat), tamötürməli versiya 2.122 milyon yen (33.400 manat), albalı rəngli dəri salonu olan zəngin təchizatlı CX-3 100th Anniversary krossoverləri - 2.563 milyon yendən (40.300 manat) başlayan qiymətlər ilə satılacaqdırlar.