8 mart tarixində debüt edəcək Mazda CX-60 PHEV modeli Kodo dizayn fəlsəfəsinin növbəti təkamülünü nümayiş etdirəcəkdir. Yeni modelin “formalarının gözəlliyini və təbiiliyini” qeyd etmək üçün, yaponlar xüsusi işıq qaytaran boyanı yaradıblar.

Mazda dizaynerləri əvvəlki kimi Kodo fəlsəfəsindən istifadə edirlər. Onun üç əsas elementi var: Yohaku (boş məkanın gözəlliyi), Sori (formaların tarazlığı və balansı), Utsuroi (işıq və köılgələrin oyunu). Less is More (az demək çox deməkdir) və “ma” konsepsiyaları da iş başındadır. Sonuncu rəvan və təmiz səthlərin çoxlu sayını nəzərdə tutur.

İşıq qaytaran boya da bütün bunları qeyd etməlidir. Berklidəki Milli laboratoriyanın məlumatlarına görə belə rəng günəş şığının 60 faizə qədərini Qaytara bilər. Bu salonun soyudulması üçün daha az enerjinin sərf ediləcəyi və müvafiiq olaraq yanacağa qənaət, habelə zərərli tullantıların azalacağı anlamına gəlir.

Mazda CX-60 krossoveri böyük modellər (Large Product Group) ailəsinin ilk üzvü olacaqdır. Bu modellər uzununa yerləşən mühərrikə, əsas arxa ötürməyə və ön oxdakı muftaya malik olan yeni platformada inşa ediləcəkdirlər. Bu model çeşidi beynəlxalq olacaq, lakin müxtəlif bazarlar üçün Mazda müxtəlif modelləri hazırlayacaqdır.

Artıq şirkətdən bildirildiyi kimi, bu modelləri üçün sıralı altısilindrli Skyactiv-X (benzin) və Skyactiv-D (dizel) mühərrikləri hazırlanır. Hər iki mühərrik 48-voltluq startyor-generatora malik olacaqdır. Krossoverin, dördsilindrli mühərrikin əsasında yaradılmış 300 at qüvvəli qoşulan hibrid güc qurğusu ilə təchiz edilmiş versiyasının da olacağı bildirilir. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.