Mazda MX-5 modeli düz 30 il bundan öncə Çikaqo avtosalonunda debüt edib. Bu əlamətdar tarixi qeyd etmək üçün, yapon istehsalçısı Çikaqoda MX-5 Miata modelinin xüsusi 30th Anniversary Edition versiyasını təqdim edib. Xüsusi seriyadan olan rodsterlərdən 3000 ədəd istehsal ediləcəkdir ki, onlardan 300 nüsxəsi ABŞ bazarında satılacaqdır.

Xüsusi seriyadan olan Mazda MX-5 rodsterinin kuzovu xüsusi Racing Orange narıncı rənginə boyanır. «Yubiley» rodsteri həm yumşaq, həm də sərt damla təklif ediləcəkdir. MX-5 30th Anniversary Edition modeli Rays ZE40 RS30 təkər diskləri, Bilstein amortizatorları, Recaro oturacaqları və narıncı rəngli Brembo (pndə) və Nissin (arxada)  əyləc mexanizmləri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rodsterin təzhizatına Apple CarPlay və Android Auto tətbiqlərini dəstləkləyən Multimedia, Bose səs sistemi, həmçinin avtomobilin seriyadakı nömrəsini göstərən lövhəcik daxildir. Texniki cəhətdən avtomobil dəyişilməyib. Mazda MX-5 184 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edən 2,0-litrlik Skyactiv-G mühərriki ilə təchiz edilir. Avropada model 132 at qüvvəsi və 152 Nm fırlanma anı hasil edən 1,5-litrlik mühərriklə də təklif edilir. Transmissya altı pilləli mexaniki və avtomatik qutulardır.