Bu gün Mazda şirkəti “Yeni Mazda dövrü başlayır” adlanan maraqlı bir videotizeri dərc edib. Bu tizer yeni nəsil Mazda3 modelinin Youtube kanalında dərc edilmiş ilk tizeridir. Bundan əlavə, yapon istehsalçısı yeni modelin noyabr ayında debüt edəcəyini də bildirib.

Noyabr ayında Los-Anjelesdə növbəti avtosalonun işə başlamasını nəzərə alsaq, yeni modelin burada debüt edəcəyi ehtimal yüksəkdir. İlkin olaraq, tizerdə avtomobilin arxa hissəsi görüntülənir. Qeyd etmək lazımdır ki, arxa hissənin dizaynı Kai konsepti ilə bənzərlik daşıyır. Eyni zamanda, avtomobilin nazik formal arxa işıq texnikası diqqəti çəkir. Əgər seriya modeli Kai konseptinə bənzəyirsə, o zaman avtomobilin Soul Red Crystal rənginə boyanması şübhə doğurmamalıdır.