On nəfər sertifikatlaşdırılmış Lego modelçiləri ekstremal McLaren Senna hiperkarının surətinin yığılmasına 2725 saat sərf ediblər. Modelin dizaynı da daxil olmaqla avtomobilin yaradılmasına 4935 saat sərf edilib. Ümumilikdə, bu unikal layihə üzərində Lego şirkətinin 42 əməkdaşı çalışıb.

McLaren Senna modelinin Lego surəti 1:1 miqyasında hazırlanıbdır. Konstruktorun inşasında 467854 elementindən istifadə edilib. Senna modelinin surətində həqiqi avtomobilin detallarından da istifadə olunub. Bunlar karbon kreslo, sükan, pedallar, emblemlər və Pirelli şinləri olan təkər diskləridir. Oyuncaq hiperkarın qapıları çıxarılan edilib.

Senna modelinin surəti narıncı aksentləri olan Victory Grey rəngindədir. Eyni rəngə Lego Speed Champions seriyasından olan miqyaslı model də boyanıb. Həmin model 219 detaldan ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt