McLaren Automotive şirkəti Speedtail superhibridinin dinamik sınaqlar proqramının başa çatdırdığını bildirib. Sınaqların son mərhələsi Florida ştatındakı Kennedi adına Kosmik mərkəzinin uçuş-eniş zolağında keçirilib. Burada superkar 30 dəfə 403 km/saat həddinə qədər sürətlənib.

1070 at qüvvəsinə malik olan McLaren Speedtail modelinin hərtərəfli dinamik sınaqlar proqramı superhibridin İspaniyadakı Applus Idiada trekində idarəetmənin və Almaniyanın Papenburq şəhəri yaxınlığındakı Papenburg Test Ground trekində əyləclərin effektivliyinin yoxlanılmasını nəzərdə tuturdu.

Image alt Image alt Image alt Image alt Image alt

Sınaqların final mərhələsi isə Kennedi adına Kosmik mərkəzin Johnny Bohmer poliqonunda keçirilirdi. Burada XP2 prototipini idarə edən Kenni Brek 30 dəfə 403 km/saat həddinə qədər sürətlənib. Qeyd etmək lazımdır ki, bu mülki McLaren modelləri üçün rekord göstəricidir.

Testlərin başa çatması, yaxın zamanlarda Uokinqdəki McLaren Production Centre müəssisəsində superhibridlərin ilk partiyasının yığılmasına başlanacağından xəbər verir. 106 nüsxədə buraxılacaq superhibridin ilk nüsxələri müştərilərə gələn ilin yazında çatdırılacaqdır.