İl yarım bundan öncə McLaren Automotive şirkəti ən bahalı və sürətli yol avtomobilini - üçyerli Speedtail hiperkarını təqdim etmişdi. Uzunluğu 5137 millimetr və çəkisi cəmi 1430 kiloqram olan kupenin elan edilmiş maksimal sürəti 403 km/saat təşkil edir. Lakin, avtomobilin təqdimatı zamanı şirkət nümayəndələri texniki detalları açıqlamayaraq, altı ay ərzində ətraflı məlumat təqdim edəcəklərini bildirmişdilər. Təəssüflər olsun ki, britaniyalılar vədlərinə sadiq çıxmadılar və yalnız indi, təqdimatdan 18 ay keçdikdən sonra, McLaren Speedtail hiperkarının texniki hissəi haqqında məlumatla paylaşıblar.

Hiperkarın hibrid güc qurğusunun tərkibinə 757 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və 312 at qüvvəsinin üzərində gücə malik olan elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatı 1050 at qüvvəsi və 1150 Nm fırlanma anıdır. Ən maraqlısı isə, hibrid sistem cəmi 1,65 kVt/saat tutumu olan çox yüngül dartma batareyasına malikdir. Mühəndislər bu batareyanın, müasir seriya avtomobillərində quraşdırılmış batareyalar arasında, tutumun çəkiyə olan ən yüksək nisbətinə sahib olduğunu iddia edirlər. Yeni batareya, McLaren P1 hibridinin təchiz olunduğu batareyadan dörd qat daha səmərəlidir.

McLaren Speedtail, modeli 300 km/saat həddinə 12,8 saniyəyə sürətlənə bilər. Bu göstərici, 1995 kilqoramlıq Bugatti Chiron hiperkarında olduğundan 0,8 saniyə daha azdır. Maksimum sürət isə Velocity rejimini aktivləşdirildikdən sonra əldə edilir. Rejimin aktivləşməsi halında aktiv asqı sistemi avtomobili 35 millimetr aşağı endirir (bu vəziyyətdə hiperkarın hündürlüyü 1120 millimetr təşkil edir) və avtomobilin arxa hissəsindəki aktiv aerodinamik elastik eleron-çəpərcikləri işə salınır, yan güzgüləri əvəz edən arxa görünüş kameraları kuzovun daxilinə çəkilir.

Image alt Image alt Image alt Image alt

Başlanğıc qiyməti 1,75 milyon funt sterlinq olan McLaren Speedtail hiperkarının tirajı cəmi 106 nüsxədən ibarət olacaqdır. Xatırladaq ki, McLaren F1 kupesi də eyni tirajla buraxılmışdı. Lakin, artıq hiperkarı aımaq mümkün deyil - onun bütün tirajı satılıb.