McLaren şirkəti trek üçün nəzərdə tutulmuş 570S GT4 modelinin bazasında inşa etdiyi mülki model haqqında məlumatla bölüşüb. McLaren 620R adlandırılmış model demək olar ki yarış modifikasiyasını təkrarlayır.

McLaren 620R modeli yarış kupesinin də təchiz edildiyi 620 at qüvvəsi hasil edən 3,8-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Yeni kupe 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 8,1 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 322 km/saat təşkil edir.

Yeni superkar mərkəzi kilidi olan təkər disklərinə, 6-nöqtəli kəmərləri olan yarış kreslolarına, öndə 390, arxa da isə 380 millimetrlik karbon-saxsı əyləc disklərinə, döymə alüminium əyləc supportlarına və Pirelli P Zero Trofeo R yarısliklərinə, həmçinin öndə 19, arxada isə 20 düymlük təkər disklərinə sahib olub.

Aerodinamik elementlərə gəldikdə isə, 620 R modeli də 570S GT4 kimi karbondan hazırlanmış tənzimlənən arxa antiqanad ilə təchiz edilir. Mühəndislər ön bamperi, splitteri və havalandırmalı kapotu yenidən hazırlayıb, həmçinin avtomobilin çəkisinin azaldılması xatirinə bir sıra elementləri qurban veriblər. Məsələn, superkarın əlcək qutusu və ayaqaltı xalçaları yoxdur. Bundan başqa, kondisioner, naviqasiya və audiosistemdən imtina edilib. Lakin, bu avadanlığı sifarişlə quraşdırmaq olar. Bununla belə, superkar telemetriyanın məlumatları əks etdirilən 7-düymlük sensorlu ekrana malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

McLaren 620R modeli 350 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır. Avtomobillərdən hər biri seriyadakı sıra nömrəsi həkk edilmiş lövhəciklə təchiz ediləcəkdirlər. 620R üçün üç rəng sxemi nəzərdə tutulub: ağ yarış zolaqları olan McLaren Orange, narıncı zolaları olan Silica White və Onyx Black.

McLaren 620R modelinin qiyməti 250 min funt sterlinq təşkil edir. Bu qiymətə McLaren Track Day sertifikatı və təlimatçı ilə təlim daxildir.