Mercedes-AMG bölməsi GT ailəsində təftiş apararaq, yüngül yeniləməni həyata keçirib. Belə ki, Mercedes-AMG GT S modifikasiyası model çeşidindən çıxarılıb, lakin baza GT modifikasiyası əvvəlki GT S versiyasından daha güclü olub və bənzər avadanlıqlar siyahısına malikdir.

Beləliklə, standart Mercedes-AMG GT kupesi və roadsteri 530 at qüvvəsi və 670 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. Xatırladaq ki, əvvəllər standart model 476 at qüvvəsinə və 630 Nm fırlanma anlna, GT S versiyası isə 522 at qüvvəsinə və 670 Nm fırlanma anına malik idi.

İki muftalı yeddi pilləli "robot" dəyişilməz qalıb. Modelin baza təchizatına adaptiv asqı sistemi, elektron idarələnən differensial və qırmızı supportları olan əyləc mexanizləri daxildir. Bundan başqa, GT versiyası ekstremal Race rejimini də əldə edib. Bu rejim, əvvəllər GT S modifikasiyasının imtiyazı idi və baza versiyasına quraşdırılmırdı.

Əlavə ödəniş ilə, AMG GT modelini, əvvəllər yalnız S versiyasından başlayaraq təklif olunan tam idarələnən şassi ilə təchiz etmək olar. Bundan əlavə, opsiyalar siyahısına qara rəngli dekoru ilə seçilən Night Edition paketi də daxil edilibdir.

Bu paketlə təchiz edilən kupe üçün, karbondan hazırlanmış dam da nəzərdə tutulmuşdur. Nəhayət, bütün modifikasiyalar daha yüngül və daha yığcam litium-ion akkumulyatoru ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Beləliklə, bu andan etibarən, GT ailəsi dörd modifikasiyadan ibarətdir: baza GT (530 at qüvvəsi), GT C (557 at qüvvəsi), GT R (585 at qüvvəsi) və bu yaxınlarda təqdim edilən GT Black Series (730 at qüvvəsi). Üstəlik, ilk üç modifikasiya həm kupe, həm də rodster kuzovu ilə təklif olunur.

Təkmilləşdrilimiş Mercedes-AMG GT modeli noyabr ayından etibarən diler mərkəzlərində nümayiş etdiriləcəkdirlər. Kupe 119 min avro, rodster isə 131 min avrodan başlayan qiymətlərlə satılacaqdır.