Mercedes-Benz şirkətinin klassik avtomobillərin bərpası ilə məşğul olan Classic bölməsi Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində 1930-cu illərin ən sürətli avtomobillərindən olan Mercedes-Benz SSKL yarış avtomobilini nümayiş etdirməyi planlaşdırır. Xarakterik axıcı xətlərə malik olan kuzov formasına görə, alman komandasının pilotu Manfred fon Brauxiç boldi «Xiyar» adlandırıb.

Mercedes-Benz SSKL yarış avtomobili 1928-1932-ci illər arasında istehsal edilən seriya Mercedes-Benz SSK modelinin yüngülləşdirilmiş və təkmilləşdirilmiş versiyasıdır. Sonradan, idman şərhçiləri Mercedes-Benz və Auto Union bolidlərinə «gümüşü oxlar» adını veriblər.

Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz SSKL modelinin kapotunun altında gücü 300 at qüvvəsinə qədər artırılmış 7,1-litrlik kompressorlu mühərrik yerləşir. Bu mühərrik sayəsində avtomobil 230 km/saat həddinə qədər sürətlənə bilirmiş.  SS xəttindən olan Mercedes avtomobilləri 1920-ci ilin sonundan 1930-cu illərin əvvəlinə kimi yarış treklərində böyük üstünlüyə malik olmuşdurlar. Alman avtomobilləri çoxsaylı rekordlara imza atmış, 1928-ci ilin Almaniya, 1930-cu ilin İrlandiya Qran Prisi və 1931-ci ilin Mille Miglia kimi nüfuzlu avtoidman yarışlarda qalib gəlmişdirlər.

Mercedes-Benz Classic bölməsi Pebbl-Biç Zəriflik müsabiqəsində ilk dəfə iştirak etmir. Yeddi il bundan öncə, bölmə tərəfindən bərpa edilmiş və fransız Jacques Saotchik atelyesinin kuzovuna malik olan Mercedes-Benz S 680 kabrioleti bu müsabiqənin qalibi olub.  

Mənbə: Newaltas