Mercedes-Benz şirkəti adi GLC krossoverindən sonra, yenilənmiş GLC Coupe versiyasını da təqdim edib. Əgər yenilənmiş GLC modeli barədə yazdığımız xəbərlə tanışsınız isə, bu xəbəri oxumaya da bilərsiniz, çünki Coupe modifikasiyası yenilənmə proqramına elə də bir dəyişiklik gətirməyib. Bununla belə, görülən işlərin geniş həcmini qeyd etmək gərəkdir.

Ümumiyyətlə, Mercedes-Benz GLC ailəsi ön fənərlərin daha ciddi baxışına malik olub. Üstəlik, Coupe modelinin radiator barmaqlığının «almazlı» naxışı qorunub-saxlanıbdır. Avtomobilin fənərləri standart olaraq işıqdiodlarından hazırlanır, matrisa tipli fənərlər isə, opsiyadır. Bundan başqa,  avtomobilinin bamperləri, radiator barmaqlığı, arxa fənərləri və təkər diskləri dəyişmiş, kuzovdakı xromun miqdarı artmışdır.

Salonda baş verən əsas dəyişiklik sensorlu düymələri olan sükan çarxıdır. Yeri gəlmişkən, bu sükan çarxı artıq başlanğıc təchizat səviyyəsində təklif edilir. Opsiyalar siyahısına 12,3-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 10,25-düymlük ekranı daxil edilib. 

Multimedia sisteminə gəldikdə isə, yenilənmiş kross-kupe yeni nəsil MBUX sistemi ilə təchiz edilir. Multimedia sisteminin ekranı sensorludur, sistem isə, səs və jestlərlə idarəetməni dəstəkləyir.  Mərkəzi tonneldəki şayba yerini taçpada verib. Bundan başqa, musiqinin, mikroklimatın, massaj funksiyasının, oturacaqların havalandırması və qızdırılmasının idarə edilməsini sinxronlaşdıran Energizing funksiyası da peyda olub.

Krossoverin dördsilindrli mühərrik çeşidi də tamamilə yenilənib. M274 turbomühərriki qazpaylama fazalarını rəvan şəkildə dəyişən Camtronic sistemi və ikiaxınlı turbokompressorla təchiz olunan M264 mühərriki ilə əvəvzlənib.  Mercedes-Benz GLC 200 Coupe versiyasında bu mühərrik 197 at qüvvəsi hasil edir. Mercedes-Benz GLC 300 Coupe versiyasında isə, bu mühərrikin hasilatı 258 at qüvvəsidir.

Yeni güc aqreqatının daha bir mütləq atributu 48-voltluq sistem qidalanan və kəmərli ötürməsi olan startyor-generatordur. Elektromotor 14 at qüvvəsi və 150 Nm hasil edir. O, sürətlənmənin ilk anlarında daxili yanacaq mühərrikinə yardım edir, həmçinin start-stop sistemi çərçivəsində benzin mühərrikini yeyin işə salır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni 2,0-litrlik OM654 dizel mühərrikinin elektrik yardımçısı olmasa da, o üç güc variantında təklif edilir: 163 (GLC 200d Coupe), 194 (GLC 220 d Coupe) və 245 (GLC 300 d Coupe) at qüvvəsi. Sonradan adi Mercedes-Benz GLC modelində olduğu kimi, Coupe də hibrid və AMG versiyalarına sahib olacaqdır.

Krossover əvvəlki kimi üç asqı variantı ilə təklif edilir: adi yaylı, adaptiv amortizatorları olan Dynamic Body Control və pnevmatik. Bundan başqa, modelin elektron yardımçılar kompleksi də təkmilləşdirilib. Məsələn, adaptiv kruiz-kontrol tıxac rejimində dayandıqdan sonra sərbəst şəkildə hərəkətə başlayır və naviqatorun köməkliyi ilə əvvəlcədən tıxacları aşkar edərək sürəti azaldır. Eyni zamanda, parklanma yardımçısı da peyda olub: farkopdakı verici arxa görüntü kamerasında əldə edilən dinamik nişanlamanı proyeksiya etməyə imkan verir.

Yenilənmiş Mercedes-Benz GLC Coupe modelinin satışlarına adi GLC modeli ilə birlikdə yay aylarında başlanacaqdır.