Mercedes-Benz şirkəti qəza sınaqlarında iştirak edən manekenlərin həyatından bəhs edən komediyalı serialın ikinci hissəsini yayımlayıb. Xatırladaq ki, birinci hissə əyləc sisteminin sınanmasına həsr olunmuşdu.

“Orta yaş böhranı” adlanan ikinci epizodda, tamaşaçıların qarşısına yenə də Mercedes-Benz şirkətinin müasir təhlükəsizlik sistemlərini sınayan iki maneken - Fred və Tommi çıxırlar. Fred hər cür texniki sınaqlarıda iştirak etmiş əsl veterandırsa, onun şən həmkarı Tommi gəncdir və yeni testin başlanmasını səbirsizliklə gözləyir.

İkinci seriya avtomobilin yumşaq mane ilə toşşuşması sınaqlarına həsr olunub: test zamanı avtomobilin ön hissəsi qismən yumşaq mane ilə toqquşur. Testdən əvvəl, sınaqlara rəhbərlik edən şəxs manekenlərdən ehtiyatlı olmalarını xahiş edir. Buna cavab olaraq, Fred “bəxtləri gətirsə cızıq alacaqlarını” bildirir. Tommi onun nəyi nəzərdə tutduğunu soruşur, Fred isə cavabında Mercedes-Benz avtomobillərinin getdikcə tamamilə təhlükəsiz avtomobillərə çevrildiyini və bu işin artıq darıxıdırıcı olduğunu bildirir.

Tommi onların vəzifəsinin avtomobillərin təhlükəsizliyini təkmilləşdirmək olduğunu bildirir. Eyni zamanda, o, Fredə adrenalin axtarırsa, motosikl bölümünə keçə biləcəyini söyləyir. Bundan sonra avtomobil sürətlənir və toqquşma baş verir. Toqquşmadan sonra Fred Tommiyə "orta yaş böhranını yaşamadığını, yalnız darıxdığını" söyləyir. Tomminin “hmm”  etməsinə, Fred mənə “hmm etmə” deyə iradını bildirir.