Mercedes-Benz şirkəti Gelandewagen və Maybach modellərinin record satışları barədə məlumatla paylaşıb – 2021-ci ildə G-Class modeli 41.174 nüsxəlik tirajla satılıb, Maybach emblemini daşıyan limuzin və ofrouderlərin satış göstəricisi isə 1,5 dəfə artaraq 15.730 ədəd çatıb. 2021-ci il Mercedes-AMG bölməsi üçün də uğurlu olub: yarımkeçiricilərin çatışmazlığına baxmayaraq, “bərkgedən” modellərin satış rəqəmləri 2020-ci il ilin göstəriciləri ilə müqayisədə 16,7% daha yaxşı olub.

Mercedes-Benz şirkəti üçün ən vacib bazarlardan biri Çindir. Səma İmperiyasında bütün satılan Maybach modellərinin üçdə ikisi, bütün S-Class modellərinin isə üçdə biri satılır. Yeni bayraqdar sedan çox uğurlu olub: il ərzində 87.064 avtomobil satılıb. Yəni, 2020-ci il ilə müqayisədə modelə olan tələbat 40% artıb.

Artımın drayverlərindən biri də elektromobil və hibridlərdir. “Batareyalı” modellərə olan tələbat 69% artaraq 227.458 ədəd çatıb. Bununla belə, ümumilikdə Mercedes-Benz (smart da daxil olmaqla) minik avtomobillərinin satışı 2020-ci il ilə müqayisədə 5% azalaraq 2.093.476 ədəd olub. Alman şirkətinin statistikasını korlayan mikroçiplərin çatışmazlığı olan dördüncü rübdür – bu rübdə satışlar 25% azalıb. Mercedes-Benz Vans yüngül kommersiya avtomobilləri bölməsi də 2021-ci ili müsbət göstəricilər ilə başa vurub: satışlar 2,6% artaraq 334.210 ədədə çatıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.