Son zamanlar iri avtomobil istehsalçıları xərclərin azaldılması üzərində ciddi düşünməyə başlayıblar. Məsələn, Daimler konserni bu məqsədlə Mercedes-Benz X-Class modelindən imtina etməyi düşünür. Avtomobil ona olan ümidləri doğrultmayıb, çünki rəqibləri ilə müqayisədə çox bahadır.

«Automotive News» nəşrinin bildirdiyinə görə, Mercedes-Benz X-Class modelinin 2018-ci il üzrə Avropa, Avstraliya və Cənubi Amerikadakı ümumi satışları 16700 ədəd olub. Müqayisə üçün, Ford Ranger yalnız avropa bazarında 50900 nüsxəlik tirajla satılıb. Mercedes pikapına olan tələbatın kiçik olması onun şişrdilmiş qiyməti və aşkar edilmiş yığım defektlərini aradan qaldırması üçün keçirilmiş bir neçə geriçağırma kampaniyası ilə izah olunur.