Mercedes-Benz Trucks şirkəti gələcək 40 tonluq elektrik magistral yedəkçisinin ilk görüntülərini dərc edib. Yeni yedəkçi eActros LongHaul adlanır. Şəkillərdən göründüyü kimi, eActros LongHaul modeli, ön tərəfi boyunca uzanan nazik LED ön fənərləri quraşdırılmış kabini alıb. Bundan əlavə, elektrik yedəkçisi alın şüşəsinin böyük sahəsi və kabinənin yuxarı hissəsindəki əlavə işıqlandırma ilə seçilir.

Mercedes-Benz şirkətinin nümayəndələri alman istehsalçısının elektrik yedəkçisi üçün xüsusi olaraq, akkumulyatorların “meqavatlıq” doldurma sistemini hazırladığını bildiriblər. Onun köməyi ilə yedəkçinin litium-dəmir-fosfat akkumulyatorlarını yarım saat ərzində 20 faizdən 80 faizə qədər doldurmaq olar.

Image alt Image alt Image alt Image alt

Tam dolu batareya ilə eActros LongHaul yedəkçisi təxminən 500 kilometr məsafə qət edə biləcəkdir. Bu məsafə əksər daşıyıcılar üçün kifayətdir. Bundan əlavə, Avropa İttifaqının standartlarına görə, yük avtomobillərinin sürücülərindən yolda hər 4,5 saatdan bir 45 dəqiqəlik fasilə etmələri tələb olunur. Bu vaxt yük avtomobilinin akkumulyatorlarını doldurmaq üçün kifayət etməlidir.

Mercedes-Benz eActros LongHaul yedəkçisinin ilk prototipini sentyabr ayında Almaniyanın Hannover şəhərində keçiriləcək kommersiya avtomobilləri sərgisində təqdim edəcəklər. İlin sonunadək pilot elektrik yedəkçiləri ümumi istifadədə olan yollarına cıxacaqlar. Gələn il isə, şirkət seriyaöncəsi yük avtomobillərinin real şəraitində sınaqlarına başlayacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.