Bu gün keçən ay anons edilmiş Project Maybach konseptinin təqdimatı keşirilib. Lakin bu təqdimat kədərli hadisədən sonra baş tutub – layihənin müəlliflərindən biri olan, Off-White brendinin yaradıcısı və Louis Vuitton markasının kişi geyimi istiqamətinin art-direktoru amerikalı dizayner Vircil Ablo vəfat edib. Dizayner 41 yaşında nadir onkoloji xəstəlikdən dünyasını dəyişib.

Ablo, Project Maybach layihəsi üzərində Daimler konserninin şef-dizayneri Qordon Vagener ilə birlikdə çalışıb. İki dizaynerin əməkdaşlığının nəticəsi uzunluğu altı metrə çatan və Rolls-Royce avtomobillərini xatırladan elektrik kupe-ofrouderi olub.

Konsept kenqurinə, damdakı baqaj ilə birləşdirilmiş xarici təhlükəsizlik karkasına, yürüş ehtiyatını artırmağa xidmət edən günəş panelləri quraşdırılmış uzun kapota və LED projektorlara sahib olub.

Konseptin salonunda üfüqi şəkildə qatlanan iki kreslo quraşdırılıb. Səyyahların həyatını ön panelə quraşdırılmış çıxarılan qutu və sürücü oturacağının yanında yerləşdirilmiş balta asanlaşdırmalıdır. Ümumilikdə, adi Mercedes-Maybach modellərindən uzaq olan bir şey alınıb - lakin hər şey məhz belə düşünülüb.

Alman istyehsalçısı konseptin güc qurğusu barədə məlumat verməyib. Bununla belə Maybach markasının yeni tarixində artıq iki elektrik modeli olub: Vision Mercedes-Maybach 6 kupe və kabrioleti, habelə Vision Mercedes-Maybach Ultimate Luxury kross-sedanı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Project Mayback ofrouderi 1-2 dekabr tarixlərində Mayamidəki Rubella muzeyində nümayiş etdiriləcəkdir. Şirkət böyüyən nəsli ruhlandırmaq üçün, yerli dizayn məktəblərinin tələbələrinə avtomobillə yaxından tanış olmaq üçün eksklüziv imkan təqdim edib.

Mercedes-Maybach bölməsi elektromobillərin seriya istehsalına 2023-cü ildə başlamalıdır. Subbrendin ilk batareyalı modeli EQS SUV krossoverinin xüsusi dəbdəbəli versiyası olmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.