Mini şirkəti yenilənmiş Clubman modelini təqdim edib. Universal zahiri cəhətdən kosmetik dəyişikliklərə məruz qalıb. Clubman başqa radiator barmaqlığına, uzaq matrisa işıqları olan adaptiv LED fənərlərə və gündüz hərəkət işıqlarından haşiyəsi olan LED duman əleyhinə fənərlərinə, salonun yeni tərtibat variantlarına və genişləndirilmiş kommunikasiya xidmətləri siyahısına sahib olub.

Yenilənmiş Mini Clubman modelini əvvəlkidən altı üfüqi zolaqları və ya altıgüşəli tor ilə tərtib edilmiş uzun formalı radiator barmaqlığı ilə seçilir. Avtomobil standart olaraq böyüdülmüş əksetdiriciləri olan halogen fənərlər ilə təchiz edilir. İşıqdiodlarından ön fənərlər və gündüz hərəkət işıqları olan LED duman əleyhinə fənərlər isə opsiyadır. Mini Clubman modelinin adaptiv optikası matrisa tipli dörd seqmentli uzaq işıq funksiyasına malik olub.

Universalın arxa fənərləri standart olaraq işıqdiodlarındandır. Onları opsional olaraq Union Jack tərtibatı ilə də sifariş etmək olar. Model üçün kuzovun üç yeni boyama variantı əlçatandır: Indian Summer Red, British Racing Green və Mini Tours Enigmatic Black. Seçilmiş kuzov rəngindən asılı olmayaraq avtomobilin damı və güzgü korpusları ağ, qara və gümüşü rəngə boyana bilərlər.

Mini Yours proqramı çərçivəsində Clubman üçün salonun, dekorativ panellərin bir neçə variantda tərtibatı və orijinal aksessuarların genişləndirilmiş çeşidi əlçatandır. Yenilənmiş Clubman modelinin təchizatına konsyerj-servisə, tıxaclar haqqında məlumata, təcili yardım xidmətlərinə giriş və naviqasiya xəritələrinin məsafədən yenilənməsi imkanına malik olan 4G-modemi daxil edilib.

Yenilənmiş Mini Clubman hündürlüyü 10 millimetr azadılmış və adaptiv amortizatorları olan opsional idman asqısı ilə təchiz edilə bilər. Mühərrik çeşidi isə dəyişilməz qalıb. Ötürmələr qutusu - altı pilləli mexaniki və yeddi pilləli iki muftalı «robotdur». Ötürmə - öndən və ALL4 tam çəkiş sistemləridir.

Yenilənmiş Mini Clubman modelinin Böyük Britaniyadakı satışlarına bu ilin yayında başlanacaqdır.