1964-cü ildə, 30 yaşlı pilot Paddi Hopkirkin idarə etdiyi orijinal Mini Cooper S modeli Monte Karlo rallisində ilk qələbəni qazanıb. Mini şirkəti 56 ildən sonra, bu hadisəni yada salmaq qərarına gəlib. Bu əlamətdar hadisəni qeyd etmək üçün, britaniyalılarr Paddy Hopkirk Edition tərtibatına malik Mini Cooper S və Mini John Cooper Works hetçbeklərini hazırlayıblar.

Xüsusi seriyadan olan hetçbeklər standart avtomobillərdən ilk növbədə eksteryer və interyerin tərtibatı ilə seçilirlər. Tərtibat detalları Monte Karlodakı əzəmətli qələbəni xatırlatmalıdırlar.

Yarış avtomobili kimi, yeni Mini Paddy Hopkirk Edition modeli də tarixi 37 nömrəsinə , ağ rəngli dam örtüyü olan xarakterik boyama sxeminə, qara rəngli güzgü gövdələrinə, radiator barmaqlığına, yüngül lehimli disklərə, yanacaq çəninin qapağına və işıq texnikasının haşiyəsinə sahib olub.

Kapotdakı seçilən zolaq Paddi Hopkirkin orijinal Mini Cooper S modelinə işarə edən qeydiyyat nömrəsini daşıyır. Bundan əlavə, kuzovda çoxlu sayda emblemləri aşkar etmək mümkündür. Bundan başqa, kapotda, baqaj qapısında və salonda (ön panel və kandarlarda) Hopkirkin imzasına rast gəlmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən xüsusi seriyadan olan hetçbeklər orijinal Mini Cooper S və Mini John Cooper Works modelləri ilə tamamilə eynidirlər. Hetçbeklər 192 və 231 at qüvvəsinə malik olan 2,0-litrlik dördsilindrli turbomühərriklər ilə təchiz edilirlər.

Mini Paddy Hopkirk Edition modellərinin Böyük Britaniyadakı tirajı yüz nüsxə ilə məhdudlaşacaqdır. Bununla birlikdə, xüsusi seriyadan olan hetçbeklərin digər Avropa ölkələrində və hətta ABŞ-da satılma ehtimalı da mövcuddur.