Mini şirkəti yenilənmiş üç və beşqapılı hetçbekləri, həmçinin kabrioletləri təqdim edib. Mini model xəttində ilk dəfə olaraq, bu modellər yeni loqotipə, işıqdiodlarından ön fənərlərə, britaniya bayrağı formasında işıqdiodları olan arxa fənərlərə, iki “yaş” miftalı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusuna sahib olublar.

Səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə yalnız 170 at qüvvəli dizel mühərrikilə hərəkətə gələn Cooper SD modifikasiyası təchiz ediləcəkdir. Yenilənmiş Mini ailəsi təkmilləşdirilmiş mühərrikləri də əldə edib. Bu yeniliklər Mini One modelinin zərərli tullantılarını azaltmağa, fırlanma anını isə 10 Nm artırmağa imkan verib. Mühərriklər də yüngül olublar. Mini hetçbek və kabrioletlərinin mühərrik çeşidinə 75, 102, 136 və 192 at qüvvəsinə malik olan benzin, 95, 116 və 170 at qüvvəli dizel güc aqreqatları daxildir. Üstəlik, hetçbek BMW i-modellərinin istehsalından qalan tullantılardan hazırlanmış karbon tavana malik olacaqdır. Bundan başqa, Mini hetçbek və kabrioletləri yeni emblemi əldə ediblər.

Bu emblem 2015-ci ildə təqdim edilsə də, onu yalnız bu ildən istifadə etməyə başlayıblar. 

Yenilənmiş modellər üçün keçən ilin sonunda təqdim edilən Mini Yours Customised proqramı da əlçatan olacaqdır. Bu proqramın köməkliyi ilə müştərilər avtomobillərini öz zövqlərinə uyğun olaraq tərtib edə bilərlər. Yenilənmiş modellər yeni opsiyaları da əldə ediblər. Bunlara misal olaraq, matrisa tipli ön fənərlər və multimedia sisteminin sensorlu displeyini göstərmək olar.

Modelin təchizatına mobil qadjetlərin induksion doldurulması və briyaniya bayrağı şəklində tərtib edilən arxa fənərlər də daxildir. Yenilənmədən sonra hetçbek və kabrioletlər yeni kuzov rənglərinə və interyer tərtibatının yeni variantlarına malik olublar. Yenilənmiş modellərin kütləvi təqdimat mərasimi bir neçə gündaən sonra qapılarını açacaq Detroyt avtosalonunda baş tutacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt