Mitsubishi Motors şirkəti Banqkokda keçirilən avtosalonda Triton pikapının Absolute adlı utilitar verisyasını nümayiş etdirib. Müştərilərin konseptə müsbət reakisya verməsi halında, model seriyaya da gedə bilər. Xatırladaq ki, Mitsubishi Triton bizim bazarda L200 adı ilə satılır.

Adi L200 modelindən Mitsubishi Triton Absolute konsepti 50 millimetr artırılmış klirensi ilə seçirilir. Konseptin klirensi 270 millimetr təşkil edir. Bundan başqa, pikap genişlənmiş təkər izinə, artırılmış gedişi olan amortizatorlara, Falken Wildpeak yolsuzluq şinləri ilə təchiz edilmiş təkər disklərinə sahib olub. Pikap müdafiə lövhələrini, damda quraşdırılan əlavəni, işıqdiodlarından işıqlandırması və əl üçün tutacağı olan yük platformasını, həmçinin karbonplastikdən kuzov panellərini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çox güman ki, piakpın mühərriki dəyişilməz qalıb. Mitsubishi Triton/L200 modeli bazardan asılı olaraq 128 at qüvvəli 2,4-litrlik benzin mühərriki və ya 181 at qüvvəli 2,4-litrlik turbodizel ilə təchiz edilir. Güc aqreqatları altı pilləli mexaniki və ya avtomatik qutu ilə tandemdə çalışırlar.