Artıq xəbər verdiyimiz kimi, Mitsubishi şirkəti daxili bazarda Pajero modelinin satışlarını dayandırmaq qərarına gəlib. Üstəlik, istehsalçı vidlaşmanı təntənəli etmək məqsədilə məhdud saylı tirajla buraxılacaq Final Edition seriyasını da hazırlayıb.

Bu günlərdə CarAdvice nəşrinə müsahibə verən Mitsubishi şirkətinin qlobal əməliyyat direktoru Aşvani Qupta Pajero modelinin boşaldığı yeri yeni krossoverin tutacağını bildirib. Eyni zamanda o, Pajero adının tarixə qovuşmayacağını və yeni krossoverə veriləcəyini də qeyd edib. Qupta buna misal olaraq, bir neçə il bundan öncə ofrouderdən krossoverə çevrilən Nissan Pathifinder modelini də nümunə kimi göstərib. O, hazırda onsuz da məhdud olan maliyyə resurslarını daha populyar seqmentlərə yönəlməyin məqsədəuyğun olacağını bildirib.

Image alt Image alt Image alt Image alt Image alt

İlkin məlumatlara görə, Nissan və Mitsubishi şirkətləri krossoverlər üçün nəzərdə tutulmuş yeni platformanın üzərində işləyirlər. Çox güman ki, yeni platformanı ilkin olaraq Outlander modelinin yeni nəsli alacaqdır. Lakin, bu platformanı bir qədər uzadaraq daha iri krossoveri də yaratmaq olar. Əlbəttə ki, bayraqdar krossover Pajero adlanırıla da bilər.