Mitsubishi Motors şirkəti yeni nəsil Pajero modelinin konsepsiyasını müəyyənləşdirib. Autohome saytının bildirdiyinə görə, yenidən istehsal ediləcək avtomobili Outlander PHEV modelinin hibrid qurğusunu "miras alacaq" və məişət elektrik şəbəkəısindən qidalanacaqdır. Yeni Pajero modeli, 2013-cü ildə təqdim edilmiş GC-PHEV konseptinin üslubunda eksteryer dizaynına malik olacaqdır.

Böyük ehtimalla, yeni Pajero 3,0-litrlik V6 turbomühərriki, 90 at qüvvəli generator, ön və arxa oxlarda quraşdırılacaq iki elektrik mühərriki ilə təchiz ediləcəkdir. Güc qurğusunun sxemi qoşulan Mitsubishi Outlander PHEV hibridində istifadə olunan ilə eynidır. Güc qurğusunun ümumi hasilatı 340 at qüvvəsi olacaqdır.

Cari nəsil Mitsubishi Outlander PHEV modeli 13,8 kilovat-saatlıq batareya ilə təchiz olunur və elektrik ötürməsi ilə 65 kilometrə qədər məsafə qət edir - bənzər göstəricini Pajero modelindən də gözləmək olar. Yeni Mitsubishi Pajero modelinin 8-pilləli “avtomatı” alacağı və tam ölçülü krossoverə çevriləcəyi gözlənilir.

Çin mediası yenidən həyata qaytarılacaq Pajero modelinin təqdimatının 2021-ci ilin sonunda və 2022-ci ilin birinci rübündə satışa çıxarılacağını ehtimal edir. Bundan əvvəl, Avstraliya jurnalistləri yeni oforuderin Nissan Patrol modeli ilə ortaq platformada inşa edilə biləcəyini aydınlaşdırıblar.

Mövcud Mitsubishi Pajero oforuderi 2006-cı ildən bəri istehsal olunur. Modelə olan tələbatın günü-gündən azalması müşahidə olunur. Bu səbəbdən də, Mitsubishi şirkəti bəzi ölkələrədə ofrouderin satışlarını dayandırıb.

Mənbə: Autohome