Mitsubishi Motors şirkətinin Pajero Sport modelini yeniləyəci barədə məlumat vermişdik. Nəhayət bu gün, yapon istehsalçısı yenilənmiş ofrouderin debüt tarixini və yerini açıqlayıb. Mitsubishi şirkətinin dərc etdiyi videoçarxada yenilənmiş Pajero Sport modelinin 25 iyul tarixində Tailandda debüt edəcəyi bildirilib.

Yenilənmiş ofrouder tamamilə yeni ön hissəyə malik olub. Bundan başqa, çarxda avtomobilin LED fənərlər ilə təchiz olunduğu da nəzərə çarpır. Çox güman ki, bu fənərlər top versiyanın avadanlıq siyahısına daxil edilib. Bundan başqa, “axan” arxa fənərlərin formasını qoruyub saxladığını görürürük. Lakin, onların tərtibatında dəyişiklik ediləcəyi ehtimal olunur.

Eyni zamanda, videoçarxdakı avtomobilin taxometri ortada yerləşdirilmiş rəqəmsal cihazlar panelinə və baqaj qapısının elektrik ötürməsinə malik olduğu da nəzərə çarpır.