Bir müddət bundan öncə, Aston Martin şirkətinin adının çəkişləsini istəməyən şəxsə Vanquish modelinin texniki sənədləşməsini və modelin dizaynından istifadə hüququnu 20 milyon funt-sterlinqə satdığını yazmışdıq.

Xatırladaq ki, bu modelin istehsalına cari ildə son verilibdir. Sövdələşmə bu ilin iyun ayında baş tutub. Müqaviləyə əsasən, alıcı Aston Martin Consulting konsaltinq bölümünün 18 aylıq pulsuz dəstəyinə də sahib olub. Bu günlərdə Automotive News nəşri bu işdə Morgan şirkətinin barmağı olduğunu aydınlaşdırıb

Buna baxmaraq, Aston Martin şirkəti bu məlumatı təsdiq etməyib, Morgan şirkətinin nümayəndələri isə faktı inkar ediblər. Lakin, jurnalistlər faktları üzləşdirərək bu alıcının Morgan olduğuna qənaət gətiriblər. Belə ki, sövdələşmədən sonra Morgan yeni arxadançəkişli sportkar üzərində işlədiklərini bildiriblər. Bu sportkarın xarakteristikaların Vanqusih modelindəkinə çox yaxın olduğu nəzərə çarpir.

Məsələn, yeni Morgan modelinin şassisinin pərçimləmə və yapışqanın köməyi ilə alüminiumdan hazırlanacağı bildirilib. Məlumdur ki, Morgan avtomobilləri indiyə qədər 50-ci ilin texnologiyalarından istifadə edilərək yaradılmış lonjeron ramasında və göyrüşdən hazırlanmış kuzov karkasının əsasında yığılırlar.

Şassidən ənənəvi Morgan üslubunda görkəmə malik olan avtomobilin inşasında istifadə edəcəklər. Sonradan, beş il müddətində ingilislər daha avanqard dizayna malik olan avtomobil buraxacaqdırlar. 

Aston Martin şirkətinin rəhbəri Əndi Palmer, Automotive News nəşrinə Vanquish modelinin texniki sənədlərini və modelin hazırlanması üçün lazım olan avadanlığı satmazdan əvvəl, onun əsasında yaradılacaq avtomobil ilə tanış olduğunu bildirib. Eyni zamanda o, alıcının öz modelinin Vanqusih ilə əlaqəli olduğunun bilinməsini istəmədiyini də söyləyib.