Bentley şirkətinə məxsus olan Mulliner atelyesi flaqman Flying Spur sedanının ən dəbdəbəli versiyasını hazırlayıb. Atelyenin digər məhsulları kimi, flaqman sedanı da özünəməxsus eksteryer dekoruna, həmçinin əl işi elementləri olan üçrəngli interyer tərtibatına və bir neçə rəng kombinasiyasını əldə edib. Dəbədəbəli sedanın təqdimatı Kaliforniya ştatının Monterey şəhərində keçirilən Monterey Car Week tədbiri çərçivəsində baş tutub.

Zahiri cəhətdən, Mulliner atelyesinin hazırladığı Flying Spur modelini “ikiqat romb” naxışları olan xüsusi radiator barmaqlığı, ön qanadlardakı xüsusi havalandırma barmaqlıqları və tutqun gümüşdən hazırlanmış yan güzgü korpusları sayəsində ayırd etmək olar. Bundan əlavə, sedan bir vəziyyətdə duran qapaqları olan eksklüziv 22-düymlük təkər disklərinə, eləcə də işıqlanan Flying B embleminə sahib olub.

Salonda dərin xovlu firma xalçaları, habelə xronometr və Mulliner loqotipi olan ön panel var. Oturacaqların hər biri əl işi olan 712 tikişli Diamond-in-Diamond naxışları ilə bəzədilib. Bundan başqa, interyerdə orijinal dəridən hazırlanmış üç ölçülü naxışları olan qapı kartları və almaz frezeri ilə kəsilmiş naxışları olan mərkəzi konsol diqqəti çəkir. İnteryerin səkkiz üçrəngli tərtibat variantı mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dəbdəbəli Mulliner versiyasının adi sedandan fərqləri arasında, Mulliner tərəfindən yaradılmış qrafikası olan cihazlar paneli və ikinci sıradakı sərnişinlər üçün nəzərdə tutulmuş, qələm və ya stilus bölməsi olan dəri masalar var. Bütün Flying Spur Mulliner alıcıları seçdikləri interyer rənginə uyğun olaraq əllə hazırlanmış firma dəri brelokunu alacaqlar. Bentley Flying Spur Mulliner sedanı texniki cəhətdən adi Flying Spur modelindən heç nə ilə fərqlənmir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.