Mulliner atelyesi adət ənənələrə hörmət edən Yaxın Şərqdən olan müştəriləri üçün Bentley Bentayga Pearl of the Gulf krossoverini hazırlayıb. «Körfəzin mirvarisi» adlandırılmış krossoverlər beş nüsxəlik tirajla buraxılacaqdır.

Xüsusi versiya Fars körfəzində hələ neftin kəşf edilmədiyi zamanları xatırlatmalıdır. O zamanlar, yerli əhalinin əsas gəlir mənbəyi dənizdən cıxarılan mirvarilər olub. Buna görə, avtomobilin ön panelində sədəflə inkrustasiya edilmiş mirvari ovçularının qayığı təsvir edilib. Krossoverinin təchizatına təzyiq altında tökülmüş alüminiumdan hazırlanış seyf daxildir.  Seyf barmaq izi ilə açılır. Mülliner seyfi mirvarilər ilə dolu olan Bentayga modelini çimərliyin sahilində saxlamağın tam təhlükəsiz olduğunu bildirib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt