Nissan şirkəti elektrokarlar xəttinin flaqmanı olacaq iri elektrik krossoverini hazırlayır. Yeni elektromobil yapon markasının məhsul xəttində üçüncü elektrokar olacaqdır. Xatırladaq ki, hazırda bu xəttdə Leaf və Ariya modelləri mövcuddur və bu modellərin daxili yanma mühərriki ilə təchiz edilmiş analoqları yoxdur. Bu barədə Britaniyanın Autocar nəşri yazır.

Autocar dərgisinin bildirdiyinə görə, bu günə qədər adı açıqlanmayan yeni krossoverin ölçüsü 4.6 metrlik Ariya modelindən daha böyük olacaq, lakin adı çəkilən model ilə eyni platformada - CMF-EV modul platformasında inşa ediləcəkdir. Bu, Nissan şirkətinin yeni strategiyasına, həmçinin Renault və Mitsubishi ilə ittifaqdakı roluna uyğundur. 

Nissan IMq Concept

Daha əvvəl Nissan şirkətinin Avropa ofisində “elektromobil” istiqamətinə nəzarət edən Helen Perri, yaxın üç il ərzində C və D seqmentinmdə olan krossoverlərin satışının 300% artacağının gözlənildiyini bildirib. Buna görə də, CMF-EV arxitekturasından müvafiq modellərin yaradılmasında istifadə etmək planlaşdırılır.

Əvvəllər, Nissan şirkəti rəsmi olaraq 2023-cü ilə qədər model xəttinin 50 faizinin elektrikləşdiriləcəyini vəd etmişdi, ancaq xanım Perri, şirkətin yeni krossoverinin 2023-cü ilə qədər bazara çıxarmaq şansının olub-olmadığı dəqiqləşdirməyib. Məsələn, Nissan Ariya krossoveri seriya statusuna sahib olsa da, onun Avropadakı satışlarına yalnız 2021-ci ilin ikinci yarısında başlanacaqdır.

Nissan IMq Concept

Flaqman elektrik krossoveri dolu batareya ilə təxminən 500 kilometr məsafə qət edə biləcəkdir - müştərilərə cəmi beş variantda təklif ediləcək Nissan Ariya modelinin ən “uzun mənzilli” versiyası kimi.

Eyni zamanda, istehsalçı gələcəkdə daha uzaq məsafələri qət edə biləcək elektrik avtomobillərini buraxacağını da istisna etmir. Bununla belə, yaponlar 500 kilometrlik yürüş ehtiyatının yeni müştərilərin cəlb etmək üçün layiqli göstərici olduğunu düşünürlər.