Nissan şirkəti ikinci nəsil Juke krossoverini təqdim edib. Krossover ona bir milyon alıcı qazandıran dizayn üslubunu və proporsiyalarını qoruyub-saxlayıb: təkər tağlarının çıxıntılı xətləri, gizlədilmiş arxa qapı dəstəkləri və yumru formalı ön fənərlər yerindədirlər.

Nissan Juke modelinin ikinci nəsli CMF-B modul platformasında inşa edilib. Yeni Juke öndə McPherson dayaqlarına, arxada isə, yarımüstəqil asqıya sahibdir. İkinci nəsil Nissan Juke modelinin qabarit uzunluğu 4201 mm, eni - 1800 mm, hündürlüyü isə 1595 mm təşkil edir.  Beləliklə, yeni model sələfindən 75 mm uzun, 35 mm enli, 30 mm hündürdür.  Avtomobilin konstruksiyasında tətbiq edilmiş yüksək möhkəmliyi olan poladın hesabına çəkiyə 23 kq qənaət edilib.

Nissan mühəndisləri krossoverin əsas çatışmamazlığını aradan qaldırmağa çalışıblar - Juke modelinin salonu bir qədər geniş olub. Əsasən də arxa hissədə. Məsələn, arxa hissədə cərgələr arasındakı məsafə 58 mm, sərnişinlərin başı üzərindəki məkan isə 11 mm artıb. Avtomobilin baqaj bölümünün həcmi 68 litr artaraq 422 litrə bərabər olub.

Modelin salon tərtibatında daha keyfiyyətli materiallardan istifadə edilib. Avtomobilin oturacaqları daha rahat və inteqrasiya edilmiş oturacaq başlıqlarına sahib olublar. Fərdiləşdirmə imkanları da genişləndirilib: müxtəlif rəng kombinasıyasına malik olan bir neçə tərtibat variantını, həmçinin dəri və zamşa örtülən opsional oturacaqları sifariş etmək olar.

Bununla belə, Juke modeli xarakterik interyer elementlərindən məhrum olub: motosikl çəni formasındakı mərkəzi tonnel artıq yoxdur, iki «quyusu» olan cihazlar paneli digər modellərdəki panel ilə unifikasiya edilib. 

Nissan Juke standart olaraq LED fənərlər və elektron dayanacaq əyləci ilə təchiz edilir. Opsiyalar siyahısında Bose səs sistemi və 8-düymlük ekranı, Wi-Fi giriş nöqtəsi və məsafədən yenilənmək imkanı olan Nissan Connect multimedia sistemi vardır. Yeni krossoveri ProPilot sistemi ilə də təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hələlik, Nissan Juke 117 at qüvvəsi hasil edən 1,0-litrlik DIG-T mühərriki ilə təchiz edilir. Güc aqreqatı 6-pilləli mexaniki qutu və ya 7-pilləli «robot» ilə tandemdə çalışır. Ötürmə - öndən çəkişlidir. Sonradan modelin dördsilindrli mühərriklə təchiz edilmiş tamçəkişli «qaynar» versiyası debüt etməlidir.

Avropa bazarında satılacaq Nissan Juke modeli əvvəlki kimi Sanderlenddəki (Böyük Britaniya) zavodda  istehsal ediləcəkdir. Modelin satışlarına noyabr ayında başlanacaqdır.