Nissan şirkəti Las Veqasda keçirilən CES 2020 sərgisində yeni səs izolyasiyası materialını təqdim edib. Ənənəvi rezin vərəqlərlə eyni xüsusiyyətlərə malik olan material daha az çəkiyə və qiymətə malikdir.

Nissan şirkəti tərəfindən hazırlanan kompozit metamateriallar növünə aiddir. Materialın xüsusiyyətləri onun tərkibinə daxil olan elementlərin xüsusiyyətlərindən deyil,  müəyyən edilmiş quruluşdan asılıdır. Yapon markası 2008-ci ildən bəri bu cür kompozitlərlə təcrübələr aparır. O zaman belə kompozitləri  elektromaqnit dalğalarını tədqiq etmək üçün yalnız yüksək həssaslığa malik olan antenalarda istifadə edirdilər. O vaxtdan bəri, alimlər materialın tətbiq sahəsini genişləndirərək, onu səsin qarşısının alınması üçün uyğunlaşdıra biliblər.

Image alt Image alt Image alt

Yeni material, havadakı titrəyişlərə nəzarət edən,həmçinin 500-1200 Hz arasında tezliylə malik olan dalğaların ötürülməsini məhdudlaşdıran torlu quruluş və plastik örtüyün birləşməsidir. Nissan bu səslərin əsasən yol səthindən gələn səs-küyünün və mühərrikin səsinin olduğunu qeyd edir. Eyni zamanda, akustik metamaterial adi rezin təbəqələrdən 75 faiz daha yüngüldür, qiyməti isə demək olar ki eynidir və hətta bir qədər də ucuzdur.

Nissan şirkəti CES 2020 sərgisində avtopilotu olan qolf topunu da nümayiş etdirib. Topu elektrik mühərriki, sensorlar və kamera ilə təchiz ediblər. Bu texnologiya, Nissan avtomobillərində quraşdırılan yarımavtonom ProPILOT sistemindən götürülübdür.