BMW şirkəti üçüncü nəsil X1 krossoverinin qış sınaqlarını başa çatdırıb və İsveçdəki sınaq poliqonunda çəkilmiş şəkilləri paylaşıb. Əslində bu şəkillər casusların 2020-ci ildə çəkdiklərindən o qədər də informativ deyillər: yayda daxili yanma mühərriki olan baza BMW X1 modeli, payızda isə BMW iX1 elektrokarı obyektivlərə tuş gəlib. Şəkillərdəki avtomobillər rəngli kamuflyaj örtükləri ilə yanaşı, kuzovdakı maskalayıcı örtmələri də qoruyub saxlayıblar.

Yeni 7 Series flaqman sedanında olduğu kimi, müxtəlif güc qurğuları olan modifikasiyalar zahiri cəhətdən demək olar ki, bənzər olacaqlar. Nəsil dəyişikliyi ilə birlikdə, BMW X1 kuzovun ümumi nisbətlərini və fənərlərin ənənəvi konfiqurasiyasını saxlayacaqdır: ikimərtəbəli optikası olan yeni sima yalnız ən böyük və ən bahalı BMW modellərinin imtiyazıdır. Bununla belə, krossoverin “burun” dəlikləri böyüyəcək, qapı tutacaqları isə “batırılmış” dəstəklərə malik olacaqlar.

Adi BMW X1 modeli köndələn mühərrikli UKL platformasını saxlayacaq,  benzin, dizel və hibrid versiyalarda satışa çıxarılacaqdır. BMW iX1 elektrokarı isə, iX və ya i4 modellərində quraşdırılan beşinci nəsil eDrive texnologiyasının daha sadə versiyasını əldə edəcəkdir. Artıq açıqlanıb ki, ikimühərrikli tam ötürməli krossoverin dolu batareya ilə  413-438 kilometr (WLTP dövrünə uyğun olaraq) məsafə qət edə biləcəkdir. Məsələn, ölçülərinə görə oxşar olan tamötürməli Mercedes-Benz EQB modelinin pasport üzrə yürüş məsafəsi 395-423 kilometrdir.

Image alt Image alt Image alt

Yeni ailənin debütü bu ilin payızına planlaşdırılıb. Bütün modifikasiyaların istehsalı Almaniyanın Regensburq şəhərində ikinci nəsil X1 modelinin istehsal olunduğu zavodda yerləşdiriləcəkdir. 2024-cü ilin sonunda isə, BMW iX1 Macarıstanın şimalındakı Debrezen şəhəri yaxınlığındakı yeni iFactory müəssisəsinin konveyer xəttindən çıxan ilk model olacaqdır. Zavodun tikintisinə bu il iyunun 1-də başlanılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.