Belə yollarda istifadə etmək üçün ekstremal Senna superkarı almaq istəyənlər isə, alman Novitec atelyesinə müraciət edə bilərlər. Alman tüner ilk növbədə superkarın güc aqreqatının gücünü 889 at qüvvəsinə, fırlanma anını isə 888 Nm-ə qədər artırmağı təklif edir. Xatırladaq ki, standart 4,0-litrlik V8 biturbo mühərrikinin hasilatı 789 at qüvvəsi və 800 Nm fırlanma anıdır.

Əfsanəvi Formula 1 pilotu Ayrton Sennanın şərəfinə adlandırılmış McLaren Senna superkarı tünerlərin diqqət yetirəcəyi qəbildan olan avtomobillərdən deyil. Superkarın ekstremal versiyasına sahib olmağı arzulayanlar üçün, onun GTR trek versiyası mövcuddur. Lakin, güclü mühərrikə və yüngül çəkiyə malik olan Senna GTR modelindən ictimai yollarda istifadə etmək qadağandır.

Müvafiq olaraq, artmış güc xarakteristikaları avtomobilin dinamikasına da təsir edib. İndi superkar 100 km/saata sürətlənməyə 2,7 saniyə sərf edir ki, bu da adi modeldə olduğundan 0,1 saniyə azdır. Yerindən 200 km/saat həddinə qədər sürətlənmə isə 0,3 saniyə azalaraq 6,5 saniyə təşkil edir. Avtomobilin maksimal sürəti dəyişilməz qalıb - 335 km/saat.

Novitec superkarı inokeldən hazırlanmış buraxılış sistemi ilə təchiz edib. Müştərilərə, buraxılış sisteminin çıxış boruları üçün nəzərdə tutulmuş, qara tutqun və ya cilalanmış poladan hazırlanmış 95 millimetrlik ucluqlardan birini seçmək təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tüner avtomobilin möhtəşəm kuzovuna toxunmayıb və yalnız onun standart disklərini mərkəzi kilidi olan Vossen firmasının 20 (öndə) və 21 (arxada) düymlük diskləri ilə əvəz edib. Bundan başqa, avtomobil 255/30ZR20 və 325/24 ZR21 ölçülü Pirelli P Zero şinlərini əldə edib.

Novitec atelyesi McLaren Senna avtomobilinə sahib olmuş 500 nəfərə superkarın interyerini müxtəlif rəngli dəri və alkantara ilə canlandırmağı təklif edir.