Keçən həftə Ken Okuyamanın yaratdığı Kode 0 superkarının satıldığı barədə məlumat vermişdik. Lamborghini Aventador superkarının bazasında inşa edimiş və 21700 kilometrlik yürüşə malik olan Kode 0 Yaponiyada 150 milyon yenə (1,34 milyon dollara) təklif edilir. Sən demə, Okuyamanın hazırladığı digər unikal superkar da satışa çıxarılıb. Bu Ferrari 599 kupesinin bazasında hazırlanmış Kode 57 Enji spidsteridir.

Odometrində 2200 kilometrlik yürüyüşə malik olan spidster Novitec atelyesi tərəfindən təkmilləşdirilən 6,0-litrlik V12 mühərriki ilə təchiz edilib. Güc aqreqatı 702 at qüvvəsi və 641 Nm fırlanma anı hasil edirdi. Xatırladaq ki, vaxtı ilə Kode 57 Enji modelinin qiyməti 2,5 milyon dollar təşkil edib. Hazırda unikal spister 200 milyon yenə (1,79 milyon daollara) təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt