Opel şirkəti özünün ilk qoşulan hibrid avtomobilini təqdim edib. İlk PHEV modeli Peugeot 3008 modelindəkinə bənzər güc qurğusu ilə təchiz edilmiş Opel Grandland X Hybrid4 krossoveri olub.

Yeni Opel Grandland X Hybrid4 modeli 1,6-litrlik PureTech dörd silindrli turbomühərrikin əsasında yaradılmış 300 at qüvvəli hibrid qurğu ilə təchiz edilir. Hibri qurğunun tərkibinə DYM və iki elektik mühərriki daxildir. Elektromühərriklərdən biri səkkiz diapazonlu “avtomatik” qutu, ikincisi isə inventor və rduktorla birlikdə arxa oxda quraşdırılıb. Elektrik mühərrikləri arxa cərgənin altında yerləşdirilmiş 13,2 kilovat-saatlıq batareyalardan qidalanır. Elektrik ötürməsi ilə Grandland X Hybrid4 50 kilometr qət edə bilər. Rekuperasiya sistemi sayəsində bu rəqəmi 10% artırmaq olar.

Image alt Image alt Image alt Image alt Image alt

Güc qurğusu dörd rejimdə malikdir: elektrik, hibrid, hər iki mühərrikin məcburi aktivləşdirilməsi və idman.  Hibrid rejimində elektronika ən ekoloji iş rejimini seçir və şəhərin mərkəzinə daxil olan zaman elektrik ötürməsinə keçə bilir. Batareyanın doldurulması zamanı isə terminalın növündən asılıdır. Məsələn, 7,4 kilovatlıq divar qurğusundan batareyanı bir saat əlli dəqiqəyə doldurmaq olar.

Opel Grandland X Hybrid4 modelinin alıcıları Free2Move Services şəbəkəsinə daxil olan 85 min elektrik yükləmə stansiyalarına girişə, həmçinin terminalların yerləşməsini və cari enerji sərfiyyatını nəzərə alaraq marşrut planlaşdırıcısına sahib olacaqdırlar. Yaxın 20 ay ərzində Opel batareyalı versiyaya sahib olacaq bir neçə yeni modeli təqdim edəcəkdir. Bunların arasında yeni Corsa, Zafira Life, Vivaro furqonu və Mokka krossoverinin davamçısı olacaqdır.