Bu gün Opel şirkəti ikinci nəsil Mokka modelinin üzərindəki sirr pərdəsini götürüb. Eyni zamanda, Opel marketoloqları əvvəlki nəsil Mokka modelinə verilmiş X indeksindən imtina etmək qərarına gəliblər - bu yerliz indeks 2016-cı ildə debüt edən yenilənmiş krossoverin adına əlavə edilmişdi.

Yeni nəsil Opel Mokka modelinin uzunluğu 125 millimetr qısalaraq 4150 millimetr olub. İndi Opel Mokka modeli Crossland X modelindən 62 millimetr qısadır. Bununla belə, avtomobilin eni 10 millimetr, təkər bazası isə 2 millimetr artırılmışdır. İkinci nəsil Mokka modelinin təkər bazasının uzunluğu 2557 millimetr təşkil edir. Krossoverin çıxışları da qısaldılıbdır ki, bu da onu krossoverdən daha çox hetçbekə bənzər edib. Opsional olaraq, Mokka modeli 18-düymlük təkər diskləri ilə təhiz edilə bilər.

İkinci nəsil Mokka krossoveri Opel Vizor adlandırılan dizayn üslubda hazırlanmış ön hissəyə malik olan ilk Opel avtomobilidir. Opel Vizor üslubu markanın baş dizayneri Mark Adamsın rəhbərlik etdiyi qrupu tərəfindən yaradılmış və iki il əvvəl bundan əvvəl debüt edən Opel GT X Experimental konsept avtomobilində nümayiş etdirilmişdir. 

Standart təchizata daxil olan LED fənərlər radiator barmaqlığı ilə bütöv bir panel şəklində birləşdirilmişdir və dəbilqə vizoruna bənzəyir. Belə həll yolu elektrik modellərdə radiator barmaqlığının yerinə yerinə quraşdırılmış boş paneli gizlətməyə imkan verəcəkdir. Sonradan, belə  Vizor bütün yeni və yenilənmiş Opel modellərində tətbiq ediləcəkdir.

Yeni Opel Mokka PSA konserninin CMP modul platformasında inşa edilib. Bu platformadan Peugeot 2008 və DS 3 Crossback modellərinin istehsalında istifadə edilir. Avtomobilin kuzovu 30% daha sərt olub və bundan sonra Mokka yalnız ön ötürmə ilə təklif ediləcəkdir, çünki CMP platforması tam ötürmənin quraşdırılması üçün hesablanmamışdır.

Yeni platformaya keçid və qabaritlərin kiçildilməsi avtomobilin çəkisini 120 kiloqram azaltmağa imkan verib. Eyni zamanda, üçsilindrli mühərriklərdən istifadə də çəkinin azaldılmasına öz töhfəsini verib.

Yeni krossover eyni zamanda Opel Pure Panel konsepsiyasına əsasən hazırlanmış ön paneli alan ilk Opel modeli olub. Sürücünün qarşısında virtual cihazlar panelinin 12 düymlük ekranını, həmçinin multimedia sisteminin diaqonalı 7 və ya 10 düym olan displeyini özündə birləşdirən panel durur.

Bununla birlikdə, klimat-kontrolu idarə etmək üçün ənənəvi düymələr qorunub saxlanıb. Mediasisteminin "qaynar" düymələri də mövcuddurlar. 

Modelin təchizatına adaptiv kruiz-kontrol və yol xətlərinə nəzarət edən sistem daxildir. Baqaj bölümünün həcmi demək olar ki, dəyişməyib - 350 litr (-16 litr).

Hələlik Opel krossoverin elektrik güc qurğusu ilə hərəkətə gələn Mokka-e modifikasiyasını təqdim edib. Mokka-e modelinin texniki hissəsi Corsa-e hetçbeki ilə eynidır. Krossover 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə təchiz edilir. Maksimal sürət 150 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonun döşəməsinin altında yerləşdirilmiş 50 kilovat-saatlıq litium-ion batareyası 322 kilometr (WLTP) məsafə qət etməyə imkan verir. Krossover 11 kilovatlıq yükləmə cihazı ilə təchiz edilib. 100 kilovattlıq terminaldan batareyanın 80 faizinin doldurulmasına yarım saat gərəkdir.

Yeni Opel Mokka modelinin istehsalına bu ilin dördüncü rübündə başlanacaqdır. Yeni krossoverlər Avropadakı dilerlərə 2021-ci ilin əvvəlində çatdırılacaqdırlar. Opel Mokka-e modelinin təxmini qiyməti 35 min avro təşkil edir. Elektrik modifikasiyasından sonra benzin və dizel mühərrikləri ilə təchiz edilmiş modifikasiyalar debüt etməlidirlər.